Главная > Dünya > Gürcüstanda koronavirusa 3 071 yeni yoluxma

Gürcüstanda koronavirusa 3 071 yeni yoluxma


25-11-2020, 10:08. Разместил: azadses
Gürcüstanda ötən sutkada koronavirusa 3 071 yeni yoluxma faktı qeydə alınıb, 3 366 nəfər sağalıb, 34 pasiyent isə vəfat edib.

''Azad Səs'' xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Bununla da qonşu ölkədə COVID-19-a ümumi yoluxma göstəricisi 114 889 nəfərə çatıb. Yoluxanların 95 581-i sağalıb, 1 085-i isə dünyasını dəyişib.

Hazırda karantin rejimində 2 071, stasionar nəzarətdə 6 145 nəfər saxlanılır. 3 723 nəfər isə xüsusi otellərdə müalicə olunur.Report


Вернуться назад