Главная > Dünya > Nur-Sultanda partlayış: 1 nəfər ölüb, 33 nəfər yaralanıb

Nur-Sultanda partlayış: 1 nəfər ölüb, 33 nəfər yaralanıb


21-11-2020, 14:48. Разместил: azadses
Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində kafedəki partlayış nəticəsində bir nəfər ölüb, 33 nəfər yaralanıb.
''Report'' TASS-a istinadən xəbər verir ki, məlumatı Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin şəhərdəki idarəsinin Mətbuat xidməti yayıb.
Yaralılar xəstəxanaya yerləşdirilib.
Paytaxtın icra hakimiyyətinin başçısı Altay Kulqinov bildirib ki, ölənin ailəsinə yardım göstəriləcək.
Hadisənin araşdırılması üçün xüsusi komissiya yaradılıb.

Вернуться назад