Главная > Dünya > Ermənistanda daha bir vəzifəli şəxs işdən çıxarıldı

Ermənistanda daha bir vəzifəli şəxs işdən çıxarıldı


20-11-2020, 14:00. Разместил: azadses
Ermənistanın baş naziri Nikol Paşinyan xüsusi səlahiyyətli səfir Karen Mirzoyanı tutduğu vəzifədən azad edib.
''Report'' “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti bildirib.
Qeyd edək ki, K.Mirzoyan 2019-cu iyununda bu vəzifəyə təyin edilmişdi. O, bundan əvvəl Qarabağda separatçı rejimin “vəzifəlilərindən” olub.
Xatırladaq ki, Ermənistanın baş naziri parlamentdəki çıxışında hökumətdə kadr dəyişikliyi edəcəyini bildirmişdi. Ölkənin xarici işlər naziri Zöhrab Mnatsakanyan, fövqəladə hallar naziri Feliks Çolakyan, əmək və sosial məsələlər naziri Zarui Batoyan, müdafiə naziri David Tonoyan, elm, təhsil, mədəniyyət və əmək naziri naziri Araik Arutyunyan istefa verib.

Вернуться назад