Главная > Dünya > Misirdə ağır yol qəzası olub, ölənlər və xəsarət alanlar var

Misirdə ağır yol qəzası olub, ölənlər və xəsarət alanlar var


20-11-2020, 09:56. Разместил: azadses
Misir Ərəb Respublikasında ağır yol qəzası baş verib.
''Azad Səs'' ''Report''-a istinadən xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.
Məlumata görə, hadisə paytaxt Qahirə yaxınlığında qeydə alınıb. Əl-Miyna əyalətindəki magistral yolda sərnişin mikroavtobusu yük avtomobili ilə toqquşub. Qəza nəticəsində azı 12 nəfər həlak olub, daha 5 nəfər yaralanıb.
Hadisə yerinə hüquq-mühafizə orqanları və təcili yardım maşınları cəlb edilib. Qəzanın başvermə səbəbi araşdırılır.

Вернуться назад