Главная > Dünya > Tehranda polislə nümayişçilər arasında toqquşma baş verdi

Tehranda polislə nümayişçilər arasında toqquşma baş verdi


13-01-2020, 02:33. Разместил: azadses
Tehran küçələrində polislə hökumət əleyhinə etiraz aksiyasının iştirakşıları arasında toqquşmalar baş verib.
Xəbər portallarından aldığımız məlumata görə, toqquşmalarda 5-7 nəfər yaralanıb.
Nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə olunub.
“İslam inqilabi keşikçiləri korpusu (Sepah) cinayətlər törədir, prezident isə onları dəstəkləyir”, - aksiya iştirakçıları belə bəyanatlar səsləndiriblər.    
Ötən gecə 700-1000 tələbə Ukrayna təyyarəsinin qəzasında ölənlərin xatirəsinə etiraz aksiyası keçiriblər. Daha sonra aksiya hökumət əleyhinə mitinqə çevrilib.


Вернуться назад