Главная > Dünya > ABŞ-da ümumi seçkilərdə səsvermə sona çatdı

ABŞ-da ümumi seçkilərdə səsvermə sona çatdı


4-11-2020, 10:03. Разместил: azadses
''Azad Səs'' Oxu.az-a istinadən xəbər verir ki, ABŞ-da ümumi seçkilərdə səsvermə sona çatıb.
CNN televiziya şirkətinin ilkin hesablamalarına görə, Bayden indiyə qədər 215, Tramp isə 165 seçici səsi toplayıb.
ABŞ-ın təxminən 300 nəfər əhalisi olan Aleut adalarındakı ən qərb Adyak qəsəbəsində də (yerli vaxtla 20:00-da, Bakı vaxtı ilə 10:00-da) seçki məntəqəsi bağlanıb.
“Associated Press”in ilkin hesablamalarına görə, demokrat namizəd Cozef Bayden ümumilikdə 61 957 940  (49,8 %), rəqibi respublikaçı Donald Tramp isə 60 461 523 səs (48,6%) qazanıb.
Liberalist namizəd Co Jorqensen 1 401 791 səs (1,1 %), “Yaşıllar”dan namizəd Houi Hokins 280 758 səs (0,2 %), digər namizədlər cəmi 312 663 səs (0,3 %) yığıb.
ABŞ-da çərşənbə axşamı keçirilən ümumi seçkilərdə prezident və vitse-prezident, 35 senator, Nümayəndələr Palatasına 435 üzv, 13 əyalət və ərazi valisi, eyni zamanda, yerli hökumət məmurlarını seçib. Namizəd qazanmaq üçün 538 seçici kollegiyası səsindən 270-ni yığmalıdır. Seçki kollegiyası ABŞ Konqresinin Senat (100) və Nümayəndələr Palatası (435) üzvlərinin ümumi sayına bərabərdir və kollegiyaya Kolumbiya Federal Dairəsindən də üç üzv daxildir.


Вернуться назад