Главная > Dünya > Baş nazirdən təklif - həftədə 4 gün iş olsun

Baş nazirdən təklif - həftədə 4 gün iş olsun


7-01-2020, 14:31. Разместил: azadses
Dünyanın ən gənc baş naziri işçilərin ailəsinə daha çox vaxt ayımasını istəyir
Finlandiyanın yeni seçilən baş naziri Sanna Marin ilk təklifi ilə ölkə əhalisini sevindirib. Belə ki, Marin işləyənlərin ailələri ilə daha çox zaman keçirməsi üçün həftədə 4 gün, 6 saatlıq iş rejiminə keçid etməyi təklif edib. O, düşünür ki, bu yolla insanların sosial həyatları üçün ayırdıqları zaman da artacaq. 
"Məncə ailələrin sevdiklərinə, hobbilərinə, mədəni istirahətə daha çox zaman ayırmağa haqqları çatır. Bunun üçün də Finlandiyada iş saatlarının yenidən tənzimlənməsi önəmlidir". 
Ölkədə yeni təklif müzakirə olunduğu bir zamanda təhsil naziri Li Andersson da baş nazirə dəstək verib. Onun sözlərinə görə, bu sayədə insanların əmək qabiliyyətləri, məhsuldarlıqları da artacaq. 
Bənzər addım bundan öncə İsveçdə atılıb. Ölkədə fəaliyyət göstərən bəzi şirkətlər həftədə 4 gün çalışıblar. Nəticədə işçilərin bllütenə çıxması, icazə alması halları azalıb, gəlirlər isə atıb.




Вернуться назад