Главная > Dünya > “General Həzi Aslanov” tankeri yedəklə limana çəkilib

“General Həzi Aslanov” tankeri yedəklə limana çəkilib


25-10-2020, 10:36. Разместил: azadses
Azov dənizindəki partlayış nəticəsində zərər görən “General Həzi Aslanov” tankeri “Kavkaz” limanı ərazisindəki lövbərə aparılıb.
''Azad Səs'' Oxu.az-a istinadən xəbər verir ki, “RİA Novosti”nin məlumatına görə, bu barədə “Rosmorreçflot”un (Rusiya Federal Dəniz və Çay Nəqliyyatı Agentliyi) Mətbuat Xidmətindən bildirilib.
“Tanker yedəklə lövbər dayanacağına aparılıb, orada mütəxəssislər tərəfindən araşdırılacaq”, - deyə mənbə bildirib.
Xatırladaq ki, oktyabrın 24-də Azov dənizində Rusiya bayrağı altında üzən “General Həzi Aslanov” neft tankerində iki partlayış olub. Hadisədən  sonra 10 ekipaj üzvü xilas edilib, üç nəfərin taleyindən xəbər yoxdur.  Hazırda ekipaj üzvlərinin axtarış-xilasetmə işləri aparılır.



Вернуться назад