Главная > Dünya > Rusiyada son sutkada 14 minə yaxın yoluxma

Rusiyada son sutkada 14 minə yaxın yoluxma


15-10-2020, 12:16. Разместил: azadses
Rusiyada son sutka ərzində 13 min 754 nəfərdə koronavirus aşkarlanıb, beləliklə ölkə üzrə koronavirusa günlük yoluxma sayında yeni rekord qeydə alınıb.

''Azad Səs'' “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə Rusiyada koronavirusa qarşı mübarizə çərçivəsində yaradılmış informativ portalda məlumat verilib.

Bununla da ölkədə xəstələnənlərin sayı 1 milyon 354 min 163-ə çatıb.

Son sutkada daha 286 nəfərin vəfatı isə virus qurbanlarının sayı 23 min 491-ə yüksəlib.

Bu günə qədər 1 milyon 48 min 97 nəfər xəstəlikdən sağalıb.

Вернуться назад