Главная > Dünya > İvanka Tramp 2020-ci ildə həyatını dəyişməyi planlaşdırır

İvanka Tramp 2020-ci ildə həyatını dəyişməyi planlaşdırır


29-12-2019, 01:48. Разместил: azadses
ABŞ Prezidenti Donald Trampın müşaviri və qızı İvanka 2020-ci ildə keçiriləcək seçkilərdən sonra prezident administrasiyasından gedə bilər. 
Bu barədə o, CBS-ə müsahibəsində bildirib. 
İvankanın sözlərinə əsasən, o, belə bir qərarı “uşaqlarının xoşbəxtliyi naminə” verə bilər. 
“Bu, mənim üçün həmişə əsas prioritetdir”, - deyə İvanka atası yenidən prezident seçkilərində qalib gəldiyi təqdirdə, postunu tərk edib-etməyəcəyi ilə bağlı suala cavab verib.
Bununla yanaşı, o qeyd edib ki, qərarları uşaqlarının ehtiyaclarına cavab vermək üçün həmişə “kifayət qədər çevik” olacaq və vurğulayıb ki, dövlət qulluğunda iş hələ başa çatmayıb.
“Biz çox iş görmüşük, amma bu hələ kifayət deyil”, - deyə İvanka qeyd edib.


Вернуться назад