Главная > Dünya > “Le Monde”: “Prezident seçkiləri yaxınlaşdıqca Makron və Sarkozi arasında münasibətlər gərginləşir”
“Le Monde”: “Prezident seçkiləri yaxınlaşdıqca Makron və Sarkozi arasında münasibətlər gərginləşir”13-10-2020, 09:29. Разместил: azadses |
Fransa Prezidenti Emmanuel Makron ilə keçmiş prezident Nikola Sarkozi arasında münasibətlər gərginləşib. ''Azad Səs'' Oxu.az-a istinadən xəbər verir ki, “Le Monde” qəzetinin xüsusi hesabatında qeyd edilir ki, Makronun vəzifəyə gəldiyi zaman sələfi ilə yaxın münasibəti olub. Ancaq onların münasibətlərinin yaydan bəri, 2020-ci il prezident seçkiləri yaxınlaşdıqca gərginləşdiyi bildirilir; onlar bir-biri ilə daha az danışmağa, görüşməyə başlayıblar. Qeyd edilir ki, Sarkozi Makronun COVID-19 böhranını idarə etməsini “balanssız” hesab edib və gələcək prezident seçkilərində yenidən qələbə çalmaq istədiyi təqdirdə sağçıların dəstəyini almalı olduğunu vurğulayıb. Bildirilir ki, Makron vəzifəyə başladığı 3 il yarım müddət ərzində Sarkozi vasitəsilə sağçıları cəlb edib və bunun nəticəsində mərkəz sol səsləri itirib. Xatırladaq ki, ötən ay “Le Figaro” qəzetinin məlumatında Makronun nazirləri təyin etməsi və ölkədəki böhranların idarəsi ilə bağlı Sarkozinin təsiri altında olduğu iddia edilib. Вернуться назад |