Главная > Dünya > Fransa mətbuatı Gəncəyə raket hücumundan YAZDI
Fransa mətbuatı Gəncəyə raket hücumundan YAZDI13-10-2020, 08:27. Разместил: azadses |
Fransa mediasında “Le Dauphine”, “Le Monde”, “Ouest France” kimi portallar “Dağlıq Qarabağ: gecə erməni bombardmanı nəticəsində 9 azərbaycanlı həlak olub” adlı məqalələr dərc olunub. ''Azad Səs'' Modern.az-a istinadən xəbər verir ki, Fransa mətbuatı ermənilərin gecə mülki yaşayış zonası olan Gəncəni bombalanması nəticəsində 9 nəfərin öldüyünü və 30-dan çox yaralının olduğunu qeyd edib. Bildirilib ki, humanitar məqsədlər üçün razılaşdırılmış atəşkəs rejiminə riayət olunmayıb və Ermənistan gecə Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin dinc sakinlərini bombardman edib. Qeyd edək ki, məlumat Azərbaycan Xarici İşlər nazirinin “Twitter” hesabına istinadən dərc edilib. Вернуться назад |