Главная > Dünya > "Bild"in redaktoru erməni hərbçilərin acizliyindən yazdı

"Bild"in redaktoru erməni hərbçilərin acizliyindən yazdı


2-10-2020, 17:24. Разместил: azadses
“Ya ermənilər komandanlığı idarə və nəzarət strukturlarını heç olmasa müdafiə etməyi öyrənməli, ya da bu işin başını buraxmalıdırlar”.
''Azad Səs'' “Report”-a istinadən xəbər verir ki, bunu Almaniyanın araşdırmaçı jurnalisti Yulian Röpke “Twitter”də yazıb.
Azərbaycan Müdafiə Nazirliyinin yeni görüntülərini paylaşan jurnalist qeyd edib: “Türkiyə və İsraildən olan Azərbaycan dronları heç bir müqavimət görmədən zərbələr endirirlər”.
Qeyd edək ki, münaqişələr üzrə ekspert olan Y.Röpke Almaniyanın məşhur “Bild” nəşrinin Siyasət şöbəsinin məsul redaktorudur.
Xatırladaq ki, bu Yulian Röpkenin Azərbaycan Ordusuna məxsus pilotsuz uçan aparatlarla (PUA) bağlı ilk paylaşımı deyil. Bu ilin iyul döyüşləri zamanı o, Azərbaycana aid PUA-nın guya vurulduğu barədə Ermənistan Müdafiə Nazirliyinin yaydığı videoçarxın saxta olduğunu üzə çıxarmışdı


Вернуться назад