Главная > Dünya > Putin 27 il sonra onu istefaya göndərdi

Putin 27 il sonra onu istefaya göndərdi


22-09-2020, 13:43. Разместил: azadses
Rusiya Prezidenti Vladimir Putin Belqorod vilayətinin qubernatoru Yevgeni Savçenkonu istefaya göndərib.
''Azad Səs'' “Qafqazinfo”-ya istinadən xəbər verir ki, dövlət başçısının müvafiq fərmanı Kremlin rəsmi saytında dərc edilib. Sənəddə bildirilib ki, o, öz şəxsi istəyi əsasında vəzifəsindən azad edilib.
Qeyd olunur ki, siyasətçi hakimiyyətdə qalma müddəti baxımından Rusiyanın bölgə başçıları arasında liderdir. Belə ki, o, 1993-cü ildən bu vəzifədə çalışır.


Вернуться назад