Главная > Dünya > ÜST-dən ŞOK AÇIQLAMA: ”Rekord göstərici, hələ bu qədər yoluxan olmamışdı”

ÜST-dən ŞOK AÇIQLAMA: ”Rekord göstərici, hələ bu qədər yoluxan olmamışdı”


14-09-2020, 09:33. Разместил: azadses
ÜST: ”İndiyədək dünyada 28 637 952 COVID-19-a yoluxma halı təsdiqlənib. Xəstələrin 917 417 nəfəri dünyasını dəyişib.”
''Azad Səs'' metbuat.az-a istinadən xəbər verir ki, ötən sutka ərzində dünyada 308 min insan COVİD 19-a yoluxub.
Ümumdünya Səhiyyə Təşkilatı bu göstəricilərə əsasən məlumat yayıb ki, bu, pandemiya başlayandan bəri rekord göstəricidir.
Öncəki yoluxma sayı sentyabrın 6-da qeydə alınmışdı – 306857 nəfər.
ÜST bildirir ki, indiyədək dünyada 28 637 952 COVID-19-a yoluxma halı təsdiqlənib. Xəstələrin 917 417 nəfəri vəfat edib.
Yoluxma sayına görə hər iki Amerika qitəsi öndədir. Hər iki qitədə cəmi 14,7 milyon insan yoluxub. Cənub-Şərqi Asiya ölkələri 5.4 milyon yoluxma faktı ilə ikinci, Avropa isə 4.8 milyon COVID-19 xəstəsi ilə üçüncüdür.
Qeyd edək ki, ÜST martın 11-də koronavirus epidemiyasını pandemiya elan edib.




Вернуться назад