Главная > Dünya > Türkiyənin daha bir tanınmış aktyoru dünyasını dəyişdi

Türkiyənin daha bir tanınmış aktyoru dünyasını dəyişdi


10-09-2020, 08:06. Разместил: azadses
Türkiyənin məşhur aktyoru Halil Kumova Malatyada “Zalo” filminin çəkilişi zamanı dünyasını dəyişib.
 
“Qafqazinfo” türkiyə mediasına istinadən xəbər verir ki, 64 yaşlı aktyor nəfəs çatışmazlığından vəfat edib.
 
Kumovanın soyuqdəymə ilə əlaqədar nəfəs çatışmazlığından öldüyü bildirilsə də, ondan Covid-19 testi də götürülüb.
 
Qeyd edək ki, Halil Kumova “Not dəftəri”, “Aşk və Cəza”, “Möhtəşəm yüz il”, “Geniş ailə”, “Aşkın bədəli”, “Karagül”, “Kuzey Güney”, “Yunus Əmrə” kimi məşhur seriallarda çəkilib.

Вернуться назад