Главная > Dünya > Əfqanıstanın 1-ci vitse-prezidentinə sui-qəsd: 2 nəfər ölüb, 7 nəfər yaralanıb
Əfqanıstanın 1-ci vitse-prezidentinə sui-qəsd: 2 nəfər ölüb, 7 nəfər yaralanıb9-09-2020, 09:10. Разместил: azadses |
![]() “Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı Əmrullah Salehin mətbuat xidmətinin nümayəndəsi “Facebook” səhifəsində yayıb. Partlayış sentyabrın 9-da səhər saatlarında Əfqanıstanın paytaxtı Kabilin Taimani meydanında törədilib. “Əfqanıstanın düşmənləri Əmrullah Salehə xəsarət yetirmək istəsə də, cəhdləri boşa çıxıb. Birinci vitse-prezident sağdır”, - o vurğulayıb. Bildirilib ki, Ə.Salehin avtomobil karvanının keçdiyi yolda bomba partlayıb. Yaralananlar arasında birinci vitse-prezidentin mühafizəçiləri də var. Вернуться назад |