Главная > Dünya > AĞIR İTKİ ÜZ VERDİ: məşhur şəxs evində vəfat etdi - FOTO

AĞIR İTKİ ÜZ VERDİ: məşhur şəxs evində vəfat etdi - FOTO


9-09-2020, 08:39. Разместил: azadses
Məşhur britaniyalı dramaturq və ssenari müəllifi Ronald Harvood 85 yaşında vəfat edib.
 
AZSABAH.COM RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə mərhumun ailəsi məlumat verib.
 
Bildirilib ki, yazıçı çərşənbə axşamı Sasseks şəhərindəki evində dünyasını dəyişib.
 
Qeyd edək ki, Harvud 2003-cü ildə məşhur “Pianoçu” filminə görə “Ən Yaxşı Uyğunlaşdırılmış Ssenari” nominasiyası üzrə “Oscar”a layiq görülüb.
 
O, 2008-ci ildə "Skafandr və kəpənək" filminin ssenarisinə görə isə  “BAFTA” mükafatını qazanıb.
 
2010-cu ildə Ronald Harvuda ssenari müəllifi kimi “Cəngavər” titulu verilib.APA


Вернуться назад