Главная > Dünya > Dünyanın ən varlı qadını odur

Dünyanın ən varlı qadını odur


4-09-2020, 08:27. Разместил: azadses
“Amazon” şirkətinin təsisçisi Ceff Bezosun keçmiş həyat yoldaşı Makkenzi Skott dünyanın ən zəngin qadını olub.
''Azad Səs'' "Ölkə.Az"-a istinadən xəbər verir ki, bu barədə “Bloomberg” nəşri məlumat yayıb.
O, 68 milyard dollarla siyahıda birinci olub. İkinci yerdə isə 66,8 milyard dollar gəlirlə “L'Oreal” kosmetika şirkətinin sahibi Fransuaza Bettankur-Mayersi qərarlaşıb.
Qeyd edək ki, Makkenzi Skott Ceff Bezosla boşandıqdan sonra “Amazon” şirkətinin 4 faiz səhmlərinə sahib olub.

Вернуться назад