Главная > Dünya > Beyrut limanındakı partlayışda ölənlərin sayı 190-a yüksəldi

Beyrut limanındakı partlayışda ölənlərin sayı 190-a yüksəldi


30-08-2020, 12:59. Разместил: azadses
Livanın paytaxtı Beyrutda baş vermiş partlayış nəticəsində ölənlərin sayı 190-a çatıb, 6 min 500 adamdan çox insan yaralanıb.
"Azad Səs" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Livan hökumətinin həftəlik hesabatında qeyd olunub. 
Bildirilir ki, hadisə nəticəsində 3 nəfər itkin düşüb.
Fəlakət nəticəsində 300 min insan evsiz qalıb.
Bundan əvvəl Beyrut limanında baş verən partlayış nəticəsində 171 nəfərin öldüyü bildirilmişdi.

Вернуться назад