Главная > Dünya > Belarus XİN İrandan vətəndaşlarının təxliyəsinə görə Azərbaycana minnətdarlıq edib

Belarus XİN İrandan vətəndaşlarının təxliyəsinə görə Azərbaycana minnətdarlıq edib


Dünən, 12:11. Разместил: azadses
Belarusun 23 vətəndaşı iyunun 16-da İrandan təxliyə edilib.

"Report" “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Belarus Xarici İşlər Nazirliyi (XİN) mətbuat xidməti məlumat verib.

"Belarus vətəndaşlarının iki qrupu (ümumilikdə 23 nəfər) iyunun 16-da İran İslam Respublikasından uğurla çıxıblar. Belarus vətəndaşları ilə birlikdə İranı üç Rusiya vətəndaşı da tərk edib", - məlumatda vurğulanıb.

Belarus xarici siyasət idarəsi vətəndaşlarının təxliyəsi üçün yaradılmış şərait və imkana görə Azərbaycan və iranlı tərəfdaşlarına minnətdarlıq ifadə ediblər.


Вернуться назад