Главная > Dünya > Devid Bekhem "cəngavər" və "ser" oldu
Devid Bekhem "cəngavər" və "ser" olduDünən, 16:32. Разместил: azadses |
Futbol üzrə İngiltərə milli komandasının və "Mançester Yunayted" klubunun keçmiş yarımmüdafiəçisi Devid Bekhem "cəngavər" adına layiq görülərək ser olub. Oxu.Az bu barədə Böyük Britaniya hökumətinin saytına istinadla xəbər verir. Kral III Çarlzın doğum günü münasibətilə dövlət mükafatları laureatlarının siyahısı saytda yerləşdirilib. Siyahıda, həmçinin "The Who" rok qrupunun yaradıcısı və vokalçısı Rocer Doltri və "Oskar" kino mükafatının sahibi Qari Oldmanın da adı var. Siyahı 1 200-dən çox addan ibarətdir. Bu dəfə ən yaşlı laureat şərabçılar klubunun təsisçisi - 106 yaşlı Uilyam İrvin, ən gənc laureat isə anadangəlmə əzələ distrofiyasından əziyyət çəkən 11 yaşlı Karmela Çilleri-Uotson olub. Вернуться назад |