Главная > Dünya > ÜST 2026-2027-ci illər üçün 4,2 milyard dollar məbləğində azaldılmış büdcəni təsdiqləyib

ÜST 2026-2027-ci illər üçün 4,2 milyard dollar məbləğində azaldılmış büdcəni təsdiqləyib


Dünən, 08:00. Разместил: azadses
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) üzv ölkələri Cenevrədə keçirilmiş 78-ci Ümumdünya Səhiyyə Assambleyasında təşkilatın 2026-2027-ci illər üçün 4,2 milyard dollar məbləğində azaldılmış büdcəsini qəbul ediblər.

“Report” TASS-a istinadən xəbər verir ki, ilkin büdcə layihəsi 5,3 milyard dollar təşkil edirdi.

Bu ilin başlanğıcında, Vaşinqtonun maliyyələşdirmədən gözlənilən vazkeçməsi nəzərə alınaraq, büdcə 21 % azaldılıb. ABŞ rəsmi olaraq 22 yanvar 2026-cı ildən təşkilatın üzvü olmayacaq.

Xatırladaq ki, mayın 1-də ÜST-ün inzibati və maliyyə təminatı üzrə baş direktorunun köməkçisi Raul Tomas növbəti iki illik dövr üçün əməkhaqqı büdcəsinin 25 %-nin hələ də bağlanmadığını bildirib. Onun sözlərinə görə, təşkilatda ixtisarlar olacaq, lakin bunların dəqiq miqyasını proqnozlaşdırmaq hələlik çətindir.


Вернуться назад