Главная > Dünya > De Moraes Soares: Bakıdakı müzakirələr "GlobE Network" platformasını gücləndirməlidir

De Moraes Soares: Bakıdakı müzakirələr "GlobE Network" platformasını gücləndirməlidir


Dünən, 08:00. Разместил: azadses
Beynəlxalq məsələlər üzrə milli prokuror Boni de Moraes Soares BMT-nin Korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının Qlobal Əməliyyatlar Şəbəkəsinin - "GlobE Network"un altıncı plenar iclasının iştirakçılarını platformanın gücləndirilməsini təmin etməyə çağırıb.

“Report”un məlumatına görə, o, bunu çərşənbə axşamı Bakıda plenar iclasın açılışında bildirib.

"Biz əlaqələrimizi gücləndirmək, “GlobE Network” şəbəkəsini həqiqətən qlobal, çevik və səmərəli platformaya çevirmək niyyətimizi təsdiqləmək üçün bu fürsətdən (Bakıdakı iclasdan) istifadə etməliyik. Ümid edirəm ki, bu günlər (20-23 may) ərzində Bakıda məhsuldar müzakirələr aparacağıq", - o qeyd edib.


Вернуться назад