Главная > Dünya > Polşada prezident seçkilərinin ikinci turuna keçən namizədlər bəlli olub

Polşada prezident seçkilərinin ikinci turuna keçən namizədlər bəlli olub


Dünən, 14:54. Разместил: azadses
Hakim Vətəndaş koalisiyasından olan namizəd Rafal Tşaskovski 31,36 %, müxalifəti təmsil edən "Hüquq və Ədalət" partiyasından namizədliyi irəli sürülən Karol Navrotski isə 29,54 % nəticə ilə Polşada prezident seçkilərinin ikinci turuna keçiblər.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Polşa KİV-i məlumat yayıb.

Səsvermənin rəsmi nəticələri hələ təsdiqlənməyib, Dövlət Seçki Komissiyasının sədri nəticələri yaxın saatlarda mətbuat konfransında elan etməlidir.

Qeyd olunub ki, mayın 18-də keçirilən səsvermədə iştirak 1990-cı ildən bəri rekord həddə çataraq 67,3 % təşkil edib.

Polşada prezident seçkilərinin ikinci turu iyunun 1-də keçiriləcək.


Вернуться назад