Главная > Dünya > ÜTT rəhbəri: Qlobal ticarət böhran içindədir

ÜTT rəhbəri: Qlobal ticarət böhran içindədir


Dünən, 08:00. Разместил: azadses
ABŞ və digər ölkələr arasında ikitərəfli tarif razılaşmaları ədalətli ticarətin əsas prinsipini poza bilər.

“Report” xəbər verir ki, bunu Ümumdünya Ticarət Təşkilatının baş direktoru Nqozi Okonco-İveala “Financial Times”a müsahibəsində deyib.

Onun sözlərinə görə, ABŞ və Çin arasında tarif müharibəsinin son deeskalasiyasına baxmayaraq, qlobal ticarət böhran içindədir:

“Biz ikitərəfli danışıqlar aparan ÜTT üzvlərinə bildirdik ki, onlar təşkilatın qaydalarına mümkün qədər uyğun olmağa çalışmalıdırlar”.


Вернуться назад