Главная > Dünya > Meksikada səhnənin tavanı çöküb, xəsarət alanlar var
Meksikada səhnənin tavanı çöküb, xəsarət alanlar var9-05-2025, 13:04. Разместил: azadses |
Meksikanın paytaxtı Mexikoda açıq havada keçirilən konsert məkanında səhnənin tavanının çökməsi nəticəsində azı 7 nəfər xəsarət alıb. "Report" xəbər verir ki, bu barədə "Milenio" qəzeti yazır. İlkin məlumata görə, hadisəyə güclü külək səbəb olub. Mayın 10-da bu məkanda Analar Gününə həsr olunmuş konsert keçirilməli idi. Вернуться назад |