Главная > Dünya > Pentaqon: ABŞ Çinin nüvə arsenalını 600 başlıq olaraq qiymətləndirir

Pentaqon: ABŞ Çinin nüvə arsenalını 600 başlıq olaraq qiymətləndirir


Bu gün, 12:11. Разместил: azadses
Vaşinqton hesab edir ki, Çinin nüvə başlıqları arsenalı 600 vahidi keçir.

“Report” xəbər verir ki, bu barədə ABŞ Hərbi Hava Qüvvələrinin strateji cilovlama və nüvə inteqrasiyası üzrə qərargah rəisinin müavini Endrü Gebara Konqresin Nümayəndələr Palatasının silahlı qüvvələr komitəsinin dinləmələrində bildirib.

“Çin ABŞ-nin müdafiəsi üçün əsas təhlükədir, o öz nüvə qüvvələrinin irimiqyaslı genişləndirilməsinə, modernləşdirilməsinə və şaxələndirilməsinə başlayıb”, – E. Gebara qeyd edib.

“Bu komitədə keçən il son çıxışımdan bəri Çin öz arsenalını daha 100-dən çox nüvə silahı vahidi ilə artırıb, sonucda onun ümumi arsenalı bu gün 600 vahidi keçir”, – Gebara bildirib.

Onun sözlərinə görə, Pekin “2030-cu ilədək 1 000-dən çox nüvə başlığına sahib olmaq yolundadır”.


Вернуться назад