Главная > Dünya > Tərk edilmiş Çernobıl torpaqları kənd təsərrüfatı dövriyyəsinə qaytarıla bilər
Tərk edilmiş Çernobıl torpaqları kənd təsərrüfatı dövriyyəsinə qaytarıla bilərBu gün, 10:30. Разместил: azadses |
Beynəlxalq alim qrupu Ukraynanın Çernobıl təcrid zonasında minlərlə hektar kənd təsərrüfatı torpaqlarının bitki yetişdirmək üçün təhlükəsiz şəkildə istifadə edilə biləcəyini sübut edib. “Report” xəbər verir ki, tədqiqatın nəticələri “Journal of Environmental Radioactivity” (JER) elmi nəşrində dərc edilib. Komandanın nəticələri torpaqların radioaktiv sezium və stronsium ilə çirklənməsinin monitorinqi nəticələrinə əsaslanır. Jitomir vilayətində 100 hektarda aparılan testlər radiasiya səviyyələrinin Ukrayna təhlükəsizlik normalarından aşağı olduğunu, işçilərin effektiv şüalanma dozasının isə təbii fon səviyyəsindən aşağı olduğunu göstərib. Alimlər bu torpaqlarda yetişdirilən kartof, qarğıdalı, günəbaxan və taxıl bitkilərini təhlükəsiz hesab ediblər. 1986-cı ilin aprelində Çernobıl AES-də baş vermiş qəzadan sonra 6200 kv. km torpaq tərk edilmişdi. Yeni məlumatlar 20 min hektara qədər torpağın kənd təsərrüfatı dövriyyəsinə qaytarılmasına, dövlətin ərzaq təhlükəsizliyinin artırılmasına və dünyanın digər çirklənmiş regionları üçün model yaradılmasına imkan verir. Bu kəşf onilliklər boyu kənd təsərrüfatı üçün itirilmiş hesab edilən ərazilərin reabilitasiyası üçün şans verir. Вернуться назад |