Главная > Dünya > Rusiya Ukraynaya PUA-larla hücum edib, ölən və yaralananlar var

Rusiya Ukraynaya PUA-larla hücum edib, ölən və yaralananlar var


Dünən, 12:12. Разместил: azadses
Rusiya pilotsuz təyyarələrinin (PUA) Ukraynanın Pavloqrad şəhərinə hücumu nəticəsində 2 nəfər ölüb, 6 nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə Dnepropetrovsk vilayətinin rəhbəri Sergey Lısak məlumat verib.

"Dəqiqləşdirilmiş məlumatlara görə, Pavloqradda iki nəfər ölüb. Bir nəfərin vəziyyəti ağır, qalanlarının vəziyyəti orta ağırdır", - o qeyd edib.

Ukrayna KİV-in məlumatına görə, hücum nəticəsində şəhərdə bir neçə yanğın baş verib.


Вернуться назад