Главная > Dünya > Avstriyada terror aktı hazırlamaqda şübhəli bilinən məktəbli həbs edilib

Avstriyada terror aktı hazırlamaqda şübhəli bilinən məktəbli həbs edilib


Dünən, 11:19. Разместил: azadses
Avstriyanın paytaxtı Vyana şəhərində 18 yaşlı məktəblini İŞİD terror təşkilatı ilə əlaqədə olmaqda, diplomatik korpuslara və dini abidələrə hücumlar hazırlamaqda şübhəli bilinərək saxlayıb.

“Report” xəbər verir ki, bu barədə “Kronen Zeitung” məlumat yayıb.

“Cobra” bölməsinin xüsusi təyinatlıları “Əbu Layət” təxəllüsü ilə internetdə radikal məzmunlu məlumatlar yayan, partlayıcı qurğuların necə hazırlanması ilə bağlı təlimatları öyrənən və ehtimal ki, kamikadze jiletinə sahib olan gənci saxlayıb.

Axtarış zamanı yeniyetmənin üzərindən partlayıcı qurğunun imitasiyası, həmçinin yazışmalar, moizələrin videoyazıları və partlayıcı maddələrin yığılması ilə bağlı təlimatlar aşkar edilib.


Вернуться назад