Главная > Dünya > Tək adam üçün birgünlük yemək 26 min dollara: Avropa kosmosda qida istehsalını sınaqdan keçirir
Tək adam üçün birgünlük yemək 26 min dollara: Avropa kosmosda qida istehsalını sınaqdan keçirirDünən, 14:00. Разместил: azadses |
Avropa Kosmik Agentliyi (AKA) bilavasitə orbitdə və daha sonra Ay və Marsda astronavtlar üçün adi olan dadlı yeməklər istehsal etmək imkanını sınaqdan keçirəcək. Oxu.Az xəbər verir ki, bu barədə BBC məlumat verib. "Frontier Space"in London İmperial Kolleci ilə birgə həyata keçirdiyi layihə qidanın əsas komponentlərinin - zülalların, yağların və liflərin laboratoriya şəraitində yetişdirilməsini və daha sonra onlardan qidaların hazırlanmasını nəzərdə tutur. Eksperiment uğurlu olarsa, astronavtlar üçün adambaşı gündə təxminən 26 min dollara başa gələn qida xərclərini əhəmiyyətli dərəcədə azaldacaq. Eksperimentin birinci mərhələsi çərçivəsində "SpaceX Falcon 9" daşıyıcı raketindən istifadə etməklə, tərkibində genetik modifikasiya olunmuş maya hüceyrələri olan bioreaktora malik peyk orbitə çıxarılıb. Peyk Yerə qayıtdıqdan sonra alimlər mayanın vəziyyətini öyrənəcəklər. Nəticələr qidanın əsas komponentlərinin yetişdirilməsi üçün bioreaktor hazırlamağa imkan verəcək. O, gələn il orbitə göndəriləcək. Alimlərin fikrincə, bu elementlərdən 3D printerə bənzər cihaz vasitəsilə istənilən yeməyi hazırlamaq mümkün olacaq. Artıq İmperator Kollecində reseptlər tərtib olunur. Eksperimental yeməklərdən birini - souslu küftələri artıq ilk britaniyalı astronavt Helen Şarman dadıb. O, yeməyi heyrətamiz və çox dadlı adlandırıb. Вернуться назад |