Главная > Dünya > Qəzza zolağında 2 milyon fələstinli tamamilə humanitar yardımdan asılıdır
Qəzza zolağında 2 milyon fələstinli tamamilə humanitar yardımdan asılıdırBu gün, 08:00. Разместил: azadses |
Qəzza zolağında və İordan çayının Qərb sahilində müharibənin eskalasiyası baş verir. “Report” Fələstinin informasiya agentliyi WAFA-ya istinadən xəbər verir ki, bu barədə Fələstin hökumətinin kommunikasiya mərkəzinin hesabatında deyilib. Qeyd olunub ki, atəşkəsin pozulduğu 18 mart 2025-ci ildən bəri Qəzza zolağında 1 827 fələstinli öldürülüb, daha 4 828 nəfər yaralanıb. Bundan başqa, 420 mindən çox insan məcburi köçkün vəziyyətinə düşüb. “Səhiyyə sistemi çöküb, çörəkxanalar bağlanıb və 2 milyon fələstinli hazırda Qəzza zolağına buraxılmayan humanitar yardımdan tamamilə asılıdır”, – hesabatda vurğulanıb. Вернуться назад |