Главная > Dünya > ABŞ-nin Sənaya endirdiyi zərbələr nəticəsində 12 nəfər ölüb
ABŞ-nin Sənaya endirdiyi zərbələr nəticəsində 12 nəfər ölübDünən, 08:54. Разместил: azadses |
“Ənsar Allah” hərəkatının husi üsyançılarının nəzarətində olan Yəmənin paytaxtı Səna şəhərinə ABŞ-nin endirdiyi zərbələr nəticəsində azı 12 dinc sakin ölüb, onlarla insan yaralanıb. “Report” xəbər verir ki, bu barədə “Al Masirah” telekanalı məlumat yayıb. “ABŞ-nin Farva bölgəsindəki bazara hücumu nəticəsində ölənlərin sayı 12-yə çatıb, ilkin məlumatlara görə, daha 30 nəfər yaralanıb. Xilasetmə qrupları dağıntılar altında insanların axtarışını davam etdirir və ölənlərin sayı arta bilər”, - məlumatda deyilir. Telekanalın məlumatına görə, ərazidə yerləşən yaşayış binalarına və bazarın obyektlərinə xeyli maddi ziyan dəyib. Вернуться назад |