Главная > Dünya > Trampın andiçmə mərasiminin ən böyük donorunun adı açıqlanıb

Trampın andiçmə mərasiminin ən böyük donorunun adı açıqlanıb


19-04-2025, 12:13. Разместил: azadses
ABŞ-nin ən böyük quşçuluq şirkətlərindən biri olan “Piligrim's Pride”, ölkə lideri Donald Trampın 2025-ci il yanvarın 20-də baş tutan andiçmə mərasiminə rekord məbləğdə - 5 milyon dollar ianə edib.

“Report” xəbər verir ki, bu barədə donorların siyahısını nəzərdən keçirən “The Wall Street Journal” məlumat yayıb.

Kriptovalyuta şirkətləri də donorların ilk sıralarındadır: Ripple (təxminən 5 milyon dollar), Robinhood Markets (2 milyon dollar), Coinbase Inc (1 milyon dollar). Neft şirkətləri də böyük məbləğdə vəsait ayırıblar.

Trampın inauqurasiya komitəsinə neft və qaz nəhəngi Chevron-dan 2 milyon dollar, Exxon Mobil, Occidental Petroleum və ConocoPhillips isə hər biri 1 milyon dollar yardım edib.

Eyni məbləği əczaçılıq sənayesi Bayer Corporation, Phizer, Merck & Co., eləcə də PhRMA assosiasiyası nümayəndələri ayırıb. Sənədlərdə həmçinin texnoloji nəhəng Amazon, ChatGPT xidmətinin yaradıcısı OpenAI, Meta korporasiyası (Rusiya Federasiyasında ekstremist kimi tanınır), McDonald's şəbəkəsi, Delta Air Lines aviaşirkəti, texnologiya şirkəti Nvidia və Boeing təyyarə istehsalçısının adları yer alıb.

Səxavətli donorlar arasında inauqurasiyadan sonra administrasiyada müxtəlif vəzifələrə Tramp tərəfindən irəli sürülən və ya onun ABŞ-ın digər ölkələrdəki səfirləri kimi təklif etdiyi şəxslər də var.

“Stephens Inc” investisiya şirkətinin rəhbəri Uorren Stivens 2 dekabr 2024-cü ildə Amerika liderinin andiçmə mərasimi üçün 4 milyon dollar bağışlayıb. Həmin gün onun ABŞ-ın Böyük Britaniyadakı səfiri vəzifəsinə namizədliyi elan edilib. 1 milyon dollar töhfə verən hyustonlu iş adamı Tilman Fertittaya İtaliyadakı səfir vəzifəsi təklif olunub.

Vurğulanıb ki, Trampın andiçmə mərasimindən bəri bütün donorlar onun hərəkətlərindən faydalanmayıb. Mövcud administrasiyanın siyasəti kriptovalyuta və neft şirkətlərinə xeyir verir, lakin Trampın ticarət müharibələri texnologiya şirkətlərinə zərər vura bilər.


Вернуться назад