Главная > Dünya > Çilidə 5,7 maqnitudada zəlzələ baş verib

Çilidə 5,7 maqnitudada zəlzələ baş verib


18-04-2025, 13:07. Разместил: azadses
Çilidə 5,7 maqnitudada zəlzələ qeydə alınıb.

“Report” xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri 143 min insanın yaşadığı Kalama şəhərindən 158 km cənub-şərqdə, ocağı 126 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.


Вернуться назад