Главная > Dünya > Rubio: ABŞ-də məsləhətləşmələr göstərdi ki, Rusiya - Ukrayna sülhü mümkündür
Rubio: ABŞ-də məsləhətləşmələr göstərdi ki, Rusiya - Ukrayna sülhü mümkündür18-04-2025, 09:43. Разместил: azadses |
ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna münaqişəsinə son qoymağı hədəf seçib. ABŞ-nin Parisdə müttəfiqləri ilə məsləhətləşmələri göstərdi ki, müharibənin sülh yolu ilə başa çatması mümkündür. “Report” xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığından sonra Dövlət Departamentinin bəyanatında deyilir. “Dövlət katibi rusiyalı həmkarına Amerika komandasının Parisdəki Ukrayna nümayəndə heyətinə və avropalı müttəfiqlərimizə təqdim etdiyi eyni mesajı çatdırıb: Prezident Tramp və ABŞ bu müharibənin bitməsini istəyir və indi bütün tərəflər üçün güclü, davamlı sülhün konturlarını ortaya qoyublar”, - sənəddə deyilir. Dövlət Departamenti vurğulayıb ki, Parisdə ABŞ-nin təkliflərinə ümidverici reaksiya göstərir ki, bütün tərəflər razılığa gəlmək öhdəliyini götürsə, sülh mümkündür. Вернуться назад |