Главная > Dünya > Konqresdə demokratlar Rusiyaya sanksiyaların sərtləşdirilməsini təklif edirlər
Konqresdə demokratlar Rusiyaya sanksiyaların sərtləşdirilməsini təklif edirlərDünən, 09:42. Разместил: azadses |
ABŞ Konqresinin Nümayəndələr Palatasında demokratlar Rusiyaya sanksiyaların sərtləşdirilməsi və Ukraynaya dəstəyin artırılması ilə bağlı qanun layihəsi təqdim ediblər. "Report" xəbər verir ki, bu barədə mənbələrə istinadən "Reuters" məlumat yayıb. Məlumata görə, sənəddə Ukraynanın təhlükəsizliyi və bərpasının təmin edilməsi, habelə Rusiyaya qarşı sərt sanksiyaların tətbiqinə vəsaitin ayrılması ilə bağlı müddəalar var. Qanun layihəsinin müəllifi Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin yüksək səviyyəli demokratı Qreqori Miksdir. Agentlik qeyd edib ki, hazırda Konqresin hər iki palatasında azlıqda olan demokratların qanun layihəsi ABŞ-dən Kiyevə hərbi dəstəyin davam etdirilməsinə ümid bəsləyən siyasi rəqiblərin respublikaçı Prezident Donald Trampın administrasiyasına təzyiq elementidir. “Reuters” güman edir ki, sənəd hazırkı formada qəbul olunmasa belə, onun bəzi müddəaları ABŞ Konqresində qəbul oluna biləcək Ukrayna ilə bağlı ikitərəfli qanun layihəsinə daxil edilə bilər. Вернуться назад |