Главная > Dünya > Axios: ABŞ və İran arasında ikinci danışıqlar raundunun Romada keçirilməsi mümkündür

Axios: ABŞ və İran arasında ikinci danışıqlar raundunun Romada keçirilməsi mümkündür


14-04-2025, 11:18. Разместил: azadses
ABŞ və İran arasında nüvə məsələsi ilə bağlı növbəti danışıqlar raundu İtaliyanın paytaxtında keçirilə bilər.

“Report” xəbər verir ki, bu barədə “Axios” portalı mənbələrə istinadən məlumat yayıb.

Onların məlumatına görə, amerikalı və iranlı rəsmilərin görüşü, Omandakı Məsqətdə keçirilən birbaşa olmayan danışıqlardan fərqli olaraq, şəxsi formatda bir otaqda keçirilə bilər. Portala görə, Oman vasitəçiləri də görüşdə iştirak edə bilərlər.

“Axios” qeyd edib ki, ABŞ və İran rəsmilərinin ikinci görüşündən əvvəl Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi İslam Respublikasının nüvə obyektlərində monitorinq və yoxlama prosedurlarını müzakirə etmək üçün Tehrana səfər edəcək.


Вернуться назад