Главная > Dünya > Məşhur reper Kanye Uest mumiyalanacaq?
Məşhur reper Kanye Uest mumiyalanacaq?13-04-2025, 17:20. Разместил: azadses |
Məşhur ABŞ-li reper Kanye Uestin dəbdəbəli dəfn mərasimi tam bir həftə davam etməli, ziyarətçilərdən isə mütləq şəkildə pul alınmalıdır. Oxu.Az-ın "News.ru"ya istinadən xəbərinə görə, bu barədə reper "X" sosial şəbəkəsində yazıb. O, ölümündən sonra balzamlanmaq (çürüməməsi üçün meyitə xüsusi maddələr hopdurmaq, mumiyalamaq - red.) istədiyini də vurğulayıb. "Məni balzamlayın. Anamın evinə qoyun və insanların məni ziyarət etməsinə imkan yaradın", - deyə Kanye Uest öz arzularını dilə gətirib. "Hər gün yas tədbirlərinin siyahısına 10 saatlıq xidmət də daxil edilməlidir", - deyə reper vurğulayıb. O vəsiyyət edib ki, qonaqlardan yığılan bütün pullar yaxın məhəllələrin abadlaşdırılmasına sərf edilsin. Вернуться назад |