Главная > Dünya > ABŞ-də Kennedinin qətli ilə bağlı sənədlər dərc edilib

ABŞ-də Kennedinin qətli ilə bağlı sənədlər dərc edilib


Dünən, 14:55. Разместил: azadses
ABŞ 35-ci Amerika prezidenti Con Kennedinin qətli ilə bağlı məxfilik dərəcəsi götürülmüş sənədləri dərc edib.

“Report” xəbər verir ki, bu barədə milli arxivin rəsmi saytında məlumat verilib.

“Prezident Donald Trampın 17 mart 2025-ci il tarixli direktivinə uyğun olaraq, prezident Con F. Kennedinin qətli ilə bağlı sənədlər kolleksiyasının bir hissəsi olan bütün əvvəlki məxfi məlumatlar dərc edilir”, – arxivin səhifəsində qeyd olunub.

Bundan başqa, Con Kennedinin qardaşı Robertin qətli və qaradərililərin hüquqları uğrunda mübariz Martin Lüter Kinqin qətli ilə bağlı sənədlər də məxfilikdən çıxarılıb.


Вернуться назад