Главная > Dünya > Tramp USAID-ın işini “fırıldaqçılıq” adlandırıb

Tramp USAID-ın işini “fırıldaqçılıq” adlandırıb


Dünən, 12:12. Разместил: azadses
ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) işində genişmiqyaslı fırıldaqçılıq sxemləri mövcud olub.

“Report” xəbər verir ki, bu barədə “Fox News” telekanalına müsahibəsində ABŞ prezidenti Donald Tramp bildirib.

“Çox gözəl səslənir – ABŞ Beynəlxalq İnkişaf Agentliyi. Gözəl deyilmi? Amma bu tam bir fırıldaqçılıqdır”, – Vaşinqton administrasiyasının başçısı təfərrüatları açıqlamadan bildirib.

Tramp vurğulayıb ki, ABŞ Demokrat Partiyası bu pozuntulara maraq göstərmir və onun administrasiyasının agentliyin işini dayandırmağa yönəlmiş tədbirlərinə qarşı çıxır.

“Demokratlar daim deyirlər: “Konstitusiyamız pozulub”. Onların heç vaxt danışmadıqları yeganə şey milyardlarla dolların hara yoxa çıxmasıdır. Onlar axtarmaq istəmirlər”, – Amerika lideri qeyd edib.


Вернуться назад