Главная > Dünya > Siyarto: Macarıstan Ukraynanı elektrik enerjisi ilə təmin edir
Siyarto: Macarıstan Ukraynanı elektrik enerjisi ilə təmin edir18-03-2025, 14:55. Разместил: azadses |
Ukrayna Macarıstandan elektrik enerjisi və qaz idxal edir. Onun enerji təhlükəsizliyinə təhlükə yaranmamalıdır. “Report” xəbər verir ki, bunu Brüsseldə Avropa İttifaqının (Aİ) ölkələrindən olan həmkarları ilə görüşdə iştirak edən Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, Belçikanın paytaxtında Aİ və Ukrayna nümayəndələri ilə enerji məsələləri üzrə məsləhətləşmələr aparıb. Qeyd olunub ki, Ukraynanın elektrik enerjisi idxalının 39%-i Macarıstanın payına düşür: “Son məlumatlara görə, bu ilin fevralında Macarıstanın Ukraynanın enerji idxalında payı 35%, qaz idxalında isə 42% təşkil edib. Təbii ki, biz bu tədarükləri dəstəkləyəcəyik. Çünki biz Ukrayna xalqının daha böyük çətinliklərlə üzləşməsini istəmirik”. Nazir söyləyib ki, Macarıstan Ukraynanın neft və qazın Mərkəzi Avropaya nəqlinə mane ola biləcək addımlardan çəkinməsini istərdi: "Macarıstana aparan enerji infrastrukturunun hücuma məruz qalmaması lazımdır". “Bu, Macarıstanın tamamilə qanuni gözləntisidir və biz həm Ukraynaya münasibətdə, həm də Avropa Komissiyasına münasibətdə bu gözləntimizi qoruyacağıq ki, heç olmasa bu məsələdə Avropa İttifaqına üzv dövlətlərin tərəfində olsun”, - nazir əlavə edib. Bundan əvvəl o, Ukrayna Silahlı Qüvvələrinin “Türk axını” qaz kəməri və “Drujba” neft kəmərinin infrastrukturuna hücumlarının qəbuledilməz olduğunu bildirmişdi. Macarıstan belə addımları öz suverenliyinə qəsd və enerji təhlükəsizliyinə təhdid kimi qiymətləndirir. Вернуться назад |