Главная > Dünya > Çində təyyarə istehsalçısı şirkətinin keçmiş rəhbəri rüşvət üstündə həbs edilib

Çində təyyarə istehsalçısı şirkətinin keçmiş rəhbəri rüşvət üstündə həbs edilib


17-03-2025, 09:07. Разместил: azadses
Çində rüşvət almaqda təqsirli bilinən Təyyarə İstehsalat Korporasiyası (AVIC) İdarə Heyətinin keçmiş sədri Tan Juysun barəsində həbs qətimkan tədbiri seçilib.

“Report” xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Cinayət işinin təfərrüatları açıqlanmır. Sadəcə, keçmiş məmurla bağlı partiyadaxili istintaqın yekunlaşdığı və iş materiallarının əlavə araşdırma üçün prokurorluğa verildiyi bildirilir. Tan Juysun rüşvət almaqda və korrupsiyada şübhəli bilinir. Onun barəsində Çin Xalq Respublikasının Ali Xalq Prokurorluğu tərəfindən həbs qərarı çıxarılıb.


Вернуться назад