Главная > Dünya > Alimlər meşə yanğını tüstüsünün niyə şəhər sakinləri üçün təhlükəli olduğunu açıqlayıblar

Alimlər meşə yanğını tüstüsünün niyə şəhər sakinləri üçün təhlükəli olduğunu açıqlayıblar


17-03-2025, 14:00. Разместил: azadses
ABŞ-nin Kolorado ştatındakı Milli Atmosfer Tədqiqatları Mərkəzinin bir qrup alimi müəyyən edib ki, vəhşi təbiətin və şəhərlərin sərhədində baş verən meşə yanğınlarının tüstüsü yaşayış yerlərindən uzaq ərazilərdəki yanğınların tüstüsündən qat-qat zərərlidir.

"Report"un xəbərinə görə, kəşf "Science Advances" (SciAdv) elmi jurnalında dərc olunub.

Vəhşi təbiət və şəhər sərhədində yanğınlar təbii mənzərələrin yaşayış sahələrinə bitişik olduğu ərazilərdə baş verir. Bu cür hadisələr atmosferə zərərli maddələr, o cümlədən ürək-damar və tənəffüs sistemləri üçün xüsusilə təhlükəli olan kiçik hissəciklər buraxır.

Bu ocaqlar insanlara yaxın olduğundan, çirkləndiricilərin dağılmağa vaxtı olmur, bu da onların zərərli təsirini artırır.

Alimlər emissiyaların sağlamlığa təsirlərini qiymətləndirmək üçün qabaqcıl kompüter modelləşdirmə üsullarından və yanğın məlumat bazasından istifadə ediblər. Modelləşdirmə göstərdi ki, şəhərlərin yaxınlığında baş verən yanğınlar altı məskunlaşan qitədə baş verən bütün yanğınların cəmi 3,1 %-ni təşkil etsə də, onların vaxtından əvvəl ölümə töhfəsi 8,8 %-ə çatır.

Tədqiqatçılar ağacları məhv edən yanğınların tüstüsünün təsirinin strukturları yandıran yanğınlardan nə ilə fərqləndiyini öyrənməyi planlaşdırırlar. Sonuncu əlavə zəhərli maddələr buraxa bilər ki, bu da onları sağlamlıq üçün daha da təhlükəli edir.


Вернуться назад