Главная > Dünya > Efiopiyada 5,1 maqnitudalı zəlzələ olub
Efiopiyada 5,1 maqnitudalı zəlzələ olub17-03-2025, 11:19. Разместил: azadses |
Efiopiyada 5,1 maqnitudalı zəlzələ qeydə alınıb. “Report” xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb. Seysmik hadisənin 213 min insanın yaşadığı Nazaret şəhərindən 143 km şimal-şərqdə baş verdiyi bildirilir. Zəlzələ ocağı 10 km dərinlikdə yerləşib. Tələfat və dağıntılar barədə məlumat yoxdur. Вернуться назад |