Главная > Dünya > ABŞ husilərin ələ keçirdiyi “Galaxy Leader” gəmisinə zərbə endirib
ABŞ husilərin ələ keçirdiyi “Galaxy Leader” gəmisinə zərbə endirib17-03-2025, 08:00. Разместил: azadses |
ABŞ-nin Hərbi Qüvvələri 2023-cü ilin noyabrında Yəmənin üsyançı “Ənsar Allah” (husi) hərəkatı tərəfindən ələ keçirilən İsrailin “Galaxy Leader” gəmisinə zərbə endirib. “Report” xəbər verir ki, bu barədə üsyançıların nəzarətində olan “Al Masirah” telekanalı məlumat yayıb. “Düşmən Amerika saxlanılan İsrail gəmisinin “Galaxy Leader” kapitanının kabinəsinə iki zərbə endirib”, - telekanalın mənbələri iddia edir. Вернуться назад |