Главная > Dünya > Braziliya XİN: Bakı və İrəvan arasındakı sülh prosesinin tezliklə başa çatacağına ümid edirik

Braziliya XİN: Bakı və İrəvan arasındakı sülh prosesinin tezliklə başa çatacağına ümid edirik


Dünən, 11:19. Разместил: azadses
Braziliya Azərbaycan və Ermənistanın sülh sazişinin mətni üzrə razılığa gəlməsini alqışlayıb.

“Report” xəbər verir ki, bu barədə Braziliya Xarici İşlər Nazirliyi bəyanat yayıb.

“Braziliya hökuməti Ermənistan və Azərbaycan hökumətlərinin ölkələr arasında sülhü bərpa edəcək və ikitərəfli münasibətləri normallaşdıracaq saziş üzrə danışıqları başa çatdırdıqlarını elan etməsini alqışlayıb.

Braziliya tərəfləri davamlı və dayanıqlı sülhə aparan yol kimi diplomatiya və dialoqa üstünlük verməyə davam etməyə çağırır və bu prosesin mümkün qədər tez başa çatacağına ümid etdiyini bildirir”, – sənəddə qeyd olunub.

Xatırladaq ki, daha əvvəl Fransa Prezidenti Emmanuel Makron, Estoniyanın, Latviyanın, Sloveniyanın XİN başçıları Marqus Sahkna, Bayba Braje, Tanya Fayon, habelə İspaniya və Avstriyanın xarici siyasət idarəsi Bakı və İrəvan arasında sülh sazişi layihəsinin mətni üzrə danışıqların yekunlaşmasını alqışlamışdılar.

Bundan başqa, ABŞ-nin respublikaçı konqresmeni Co Vilson tərəfləri prosesin başa çatması ilə əlaqədar Prezident Donald Trampın şüarı ilə dəstəkləmişdi.


Вернуться назад