Главная > Dünya > ABŞ G7-də Rusiyaya qarşı sanksiyaların pozulması ilə mübarizə qrupunun yaradılmasının əleyhinə olub

ABŞ G7-də Rusiyaya qarşı sanksiyaların pozulması ilə mübarizə qrupunun yaradılmasının əleyhinə olub


Dünən, 08:54. Разместил: azadses
ABŞ G7-də Rusiyaya qarşı sanksiyaların pozulması ilə mübarizə qrupunun yaradılmasının əleyhinə olub.

“Report” xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi mənbələrə istinadən məlumat yayıb.

Materialda bildirilib ki, ABŞ G7-yə sədrlik edən Kanadanın Rusiyanın “kölgə donanması” tankerlərinə qarşı mübarizə qrupu yaratmaq təklifini rədd edib.

Bundan başqa, Vaşinqton G7 xarici işlər nazirlərinin görüşünün yekun bəyanatında Çinə qarşı daha sərt ifadələrin daxil edilməsində israr edir, lakin bəyannamədə Rusiyaya qarşı ritorikanı yumşaltmağa çalışır.


Вернуться назад