Главная > Dünya > ABŞ və Ukrayna qazıntılar üzrə müqavilənin imzalanması imkanını müzakirə edir

ABŞ və Ukrayna qazıntılar üzrə müqavilənin imzalanması imkanını müzakirə edir


Bu gün, 08:53. Разместил: azadses
ABŞ Ukrayna ilə faydalı qazıntılara dair razılaşmaların bağlanması imkanını müzakirə edir.

“Report” xəbər verir ki, bu barədə Ağ evin mətbuat katibi Kerolayn Livitt brifinqdə bildirib.

“Bu danışıqlar hazırda aparılır”, – Livitt ABŞ Prezidenti Donald Trampın Ukrayna lideri Volodimir Zelenskinin Kiyevin müqavilə bağlamağa hazır olduğunu bildirən məktubunu aldıqdan sonra müqavilənin hansı müddətdə imzalana biləcəyi ilə bağlı suala cavab verib.

“Mən bu yaxınlarda ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Mayk Uoltsu gördüm. O bu məsələ üzərində ciddi çalışır”, – o vurğulayıb və əlavə edib ki, Uolts çərşənbə günü Trampa danışıqların hansı mərhələdə olduğu barədə məlumat verməyi planlaşdırır.

Livitt qeyd edib ki, Tramp Rusiya – Ukrayna münaqişəsinə son qoymağa sadiqdir. Onun fikrincə, Volodimir Zelenskinin sosial şəbəkədə paylaşdığı ismarış doğru istiqamətdə müsbət siqnaldır.


Вернуться назад